Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqlı qız tələbələrin doqquzuncu məzuniyyət mərasimi (Binat əl-Kəfil) Həzrət Əbul-Fəzl əl-Abbasın (əleyhissalam) müqəddəs hərəminin yaxınlığında keçirildi. Mərasim Həzrəti Abbasın (əleyhissalam) müqəddəs hərəmindəki Əl-Kəfil Məktəblərinin Qadınlar Şöbəsi tərəfindən "Biz, Dünyanı Fatimənin (əleyhissalam) Nuru ilə İşıqlandırırıq" şüarı altında təşkil edildi. Mərasimdə İraqın 14 əyalətindən 5000-dən çox qız tələbə, eləcə də Küveyt, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı, İran, Pakistan və Livan da daxil olmaqla 7 ərəb və İslam ölkəsindən 231 tələbə iştirak etdi.
FOTO: Samir əl-Hüseyni
Sizin rəyiniz