Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: on minlərlə İtaliya vətəndaşı faşist İsrail rejimin Qəzza zolağındakı cinyətlərinə, o cümlədən Soyqırım və Qəzza şəhərinin işğalına etiraz etmək üçün ölkənin müxtəlif şəhərlərində yürüş keçiriblər. Nümayişlər Roma, Milan, Neapol, Turin və Bolonya kimi böyük şəhərlərdə keçirilib. Romada Sapienza Universitetinin qarşısından başlayan yürüş şəhər mərkəzinə qədər davam edib. Əllərində Fələstin bayraqları tutan etirazçılar “Fələstinə azadlıq”, “Biz hamımız sionistlərin əleyhinəyik” kimi şüarlar səsləndiriblər. Mitinqlər polisin böyük iştirakı ilə müşayiət olunub, bəzi yerlərdə izdihamı nəzarət altına almaq üçün polis müdaxilələr edib.

18 sentyabr 2025 - 13:21

Sizin rəyiniz

You are replying to: .
captcha