Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Məsirə bildirir ki, Yəmənin paytaxtı Sənanın Əl-Səbain meydanı cümə axşamı milyonlarla yəmənlinin Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) mövludunun ildönümünü qeyd etmək üçün iştirakının şahidi olub. Yəmənlilər Sənadan başqa, Əl-Hodeydə, Abb, Həccah, Səada, Rima, Marib, İmran, Taiz, Dhamar və Əl-Beyda əyalətlərində də Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alih) mövludunu qeyd ediblər. Milyonların bu toplantıları Yəmənin 14 vilayətində yerləşən 500 meydanda keçirilib.
Sizin rəyiniz