ABŞ Müdafiə Nazirliyi İİR-ın Şahed-136 kamikadze pilotsuz təyyarəsinin analoqu kimi azbüdcəli döyüş pilotsuz təyyarəsi LUCAS-ı təqdim edib. Bu barədə “Defence Blog” məlumat yayıb.

22 iyul 2025 - 22:30

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Amerika Birləşmiş Ştatlarının Hərbi mediaları Pentaqonun İran İslam Respublikasının dindar mütəxəssisləri tərəfindən ixtira və istehsal edilən, ucuz və effektli Şahed-136 pilotsuz təyyarəsinə çox bənzəyən "LUCAS" adlı pilotsuz aparatını təqdim etdiyini açıqlayıblar.

LUCAS Arizonadan olan SpektreWorks tərəfindən hazırlanmışdır. Pilotsuz aparatı müxtəlif üsullarla - avtomobildən və ya raket gücləndiricisindən istifadə etməklə sürətlə işə salmaq olar və kompleks hazırlıq tələb etmir.

Mütəxəssislər bildirirlər ki, İranın “Şahed” PUA-larının uğurundan sonra gözlənilmədən pilotsuz uçan aparatların dünyada populyarlaşması ABŞ-ın da bunun kopyasını istehsal etməsinə səbəb olub.

Tramp daha əvvəl demişdi ki, o, Amerika şirkətlərinə pilotsuz təyyarələrin istehsalında İrandan nümunə götürməyi əmr edib!

Sizin rəyiniz

You are replying to: .
captcha