Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn xalqı Ayətullah Şeyx İsa Qasimin Diraz məntəqəsində yerləşən mənzili qarşısında toplaşaraq Xəlifə sülaləsinə etirazlarını bildiriblər. Qeyd edək ki, Bəhreynə qanunsuz yollarla hakim kəsilmiş Xəlifə sülaləsi Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığını əlindən alıblar. Qəzəbli xalq kütləsi öz növbəsində artıq 80 gündür ki, Ayətullah İsa Qasimə dəstək olduqlarını bildirirlər. Vəhhabi əqidəli olan Ali Xəlifə rejimi ölkədə məzhəblər arası savaşın şiddətlənəsi zəminində müxtəlif fəaliyyətlər aparır.

6 sentyabr 2016 - 12:43

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır