Kəramət Ongünlüyü Münasibətilə
İmam Xamenei 705 məhbusu əfv etdi, əfv olunanlar İmam Rzanın hərəminin bayrağını öpərək azad oldular - Foto
Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir. Həmçinin əlavə olaraq İmam Rzanın (əleyhi səlam) hərəminin xadimləri və Diyə İdarəsinin vəsatəti ilə, qeyriəmdi cinayətlərə görə, məhkum edilmiş 88 məhbus azadlığa buraxılıb. Məhbuslar İmam Rzanın (əleyhi səlam) günbəzi üzərində sancılmış bayraqı öpərək evlərinə buraxılıblar.
Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei onuncu Məsum və səkkizinci İmam olaraq Allahın yer üzərindəki rəsmi xəlifəsi həzrət Əli ibn Musa Rzanın (ə) mübarək mövludu və Kəramət Ongünlüyü münasibəti ilə 705 dustağı əfv edib.
Məlumata görə, İran İslam Respublikasının Ali Məhkəməsinin sədri, Ayətulla Sadiq Amuli Laricaninin müraciətinə əsasən İmam Xamenei cənabları əfv sənədini imzalayıb.
Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir. Həmçinin əlavə olaraq İmam Rzanın (əleyhi səlam) hərəminin xadimləri və Diyə İdarəsinin vəsatəti ilə, qeyriəmdi cinayətlərə görə, məhkum edilmiş 88 məhbus azadlığa buraxılıb. Məhbuslar İmam Rzanın (əleyhi səlam) günbəzi üzərində sancılmış bayraqı öpərək evlərinə buraxılıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.