Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünya imperializimi və sionist qrumlar tərəfindən yaradılaraq dəstəklənən İŞİD terror qruplaşması Suriyanın İdlib şəhərinə kimyəvi silahlarla hücuma keçib. Nəticədə 28 nəfəri qadın və körpə uşaq olmaqla 33 sivil kimyəvi bombalar nəticəsində zəhərlənib. Qeyd edək ki, bir neçə gün bundan öncə anormal sələfilər Hələb şəhərinin qədim məntəqəsini də kimyəvi bombalarla vuraraq 5 sivili Şəhid etmiş və daha 9 sivili isə zəhərləmişlər. Qeyd edək ki, ABŞ-ın Suriyadakı tibbi ictimaiyyətinin verdiyi rəsmi məlumata görə, 2011-ci ildən bu günə kimi İŞİD terrorçularının istifadə etdikləri kimyəvi bombaları nəticəsində 1500 suriyalı sivil həyatını itirib.

4 avqust 2016 - 06:43

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır