Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Ordusu və Həşdu Şəb Könüllü Dəstələr Xalidiyyə adasını artıq iki gündür ki, beş cəhətdən (şimal, cənub, şərq, qərb və havadan) mühasirəyə alıblar. Adaya yerləşdirilmiş minaların təmizlənmə işləri davam etdirilir. Xalidiyyə adası Rəmadi şəhərinin şərq istiqamətinin 23 km-də yerləşir. Xallidiyyə adası terrorçu qrupların sonuncu bazasıdır ki, İraq Ordusu və Könüllü Dəstələr tərəfindən azad edilmək üzrədir. İraq Silahlı Birləşmələri əməliyyatın ilkin saatlarında ada daxilində 6 km irəliləyiş əldə ediblər və 283 sakin evakuasiya edilib.
31 iyul 2016 - 15:20
Xəbər kodu: 769172
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır