Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Münhen təcili tibbi yardım xidməti şəhərin bir neçə yerində atışma baş verməsi barədə məlumat yayıb. Silahlı hücumlardan biri “Marienplaç” metro stansiyasında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları insanları metro stansiyasından təxliyyə etməyə çalışıblar. Daha bir atışmanın isə, “Karlsplatç” meydanında baş verildiyi bildirilib. Əraziyə çoxlu sayda polis cəlb edilib. Asayiş keşikçiləri insanlara atəş açmış şəxsin axtarışına başlayıblar. Qeyd edək ki, bundan əvvəl Münhenin “Olimpiya” ticarət mərkəzində baş verən atışma zamanı 15 nəfər öldüyü bildirilir.

23 iyul 2016 - 16:10

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır