Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya hava qüvvələrinin Hələbin şimal-qərbinə endirdiyi zərbələr nəticəsində "Əl Qaidə" terror təşkilatının Suriya qanadı olan "Nusra cəbhəsi"nin İdlib əmiri və Xan Tumanın işğalı zamanı əməliyyata komandirlik edən Əbu Əbdullah Cəbəl məhv edilib. Onun ölüm xəbəri terrorçular arasında ciddi ruh düşkünlüyü yaradıb. Eyni zamanda Nüsrə cəbhəsinin Mərakeşdən olan İzam və Bülbül Məğribi adlı iki terrorçu qardaşları, Tunisdən olan Əymən Tunisi, Özbəkistandan olan Səmərqənd, Səudiyyə Ərəbistanından olan Musəb Ənsari, Afrikadan olan Əbdül Kərim Ənsari, Əl Səudi, Somalidən Əbu Zubeyr və Əbu Əmr, Əbu Zubeyr, Əbdül Rəhman Səyyaf adlı ünsürlər Hələbin və Suriyanın digər bölgələrində məhv ediliblər.

22 iyun 2016 - 14:51

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır