Yaxın Şərq Xəbərləri
Təcili: Yəhudi planlarının davamında həzrəti Zeynəbin (ə) hərəmi yaxınllığında dəhşətli partlayışlar – Foto
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya və İraqda darmadağın edilən terrorçular bu gün səhər saatlarında Dəməşqin Zeynəbiyyə məntəqəsində yerləşən həzrəti Zeynəbi Kübranın (səlamullahi əleyha) hərəmi yaxınlığında iki terror əməliyyatı həyata keçiriblər. Belə ki, ABŞ, sionist israil rejim, Qərb, Səudiyyə və Türkiyənin maliyyəşdirdikləri və dəstək verdikləri terrorçular avtomabil və motorsikletə quraşdırdıqları bubi bombasını işə salaraq xeyli sayda günahsız Suriya vətəndaşlarını Şəhid etmiş və yaralamışlar. Suriya İnsan Haqları təşkilaı bildirib ki, hadisə zamanı azı 9 mülki şəxs Şəhid olub və 30 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır