Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Cənubi Koreya prezidenti xanım Park Qyun Hey ötən gün, 2 may 2016 tarixdə, Tehran vaxtı ilə 18:00 radələrində İslam İnqilabının Böyük Rəhbəri İmam Xamenei həzrətləri ilə görüşüb. Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri İran İslam Respublikasının Asiya ölkələri ilə əməkdaşlıqların artırılması üzrə baxışına toxunaraq buyurublar ki, iki ölkə arasında müqavilələr elə bir formada imzalanmalıdır ki, xarici müdaxilələr və sanksiyalar ona mənfi təsir göstərməsin. Çünki İİR və Cənubi Koreya kimi ölkələrin müqavilələri və əməkdaşlıqlarının ABŞ-ın təsiri və iradəsi altında olması layiqli deyildir.

3 may 2016 - 05:57

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır