Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Paytaxt Sənada yerləşən əl-Rimah Orta Məktəbinin müəllim və şagirdləri Səudiyyə rejiminin Yəmən torpaqlarına qarşı etdiyi təcavüzün bir illiyində təcəvüzkarlara qarşı amansızcasına döyüşən Ənsarullah Müqavimət Hərakatına dəstək olduqlarını elan ediblər. Müəllim və şagirdlərdən ibarət toplum vətənin müdafiəsi zamanı yaralanan veteranlar ilə görüş keçiriblər. Qeyd edək ki, ötən bir il ərzində Səudiyyə Ərəbistanın Yəmən etdiyi hərbi təcavüzlərində Yəmənin Təhsil Ocaqlarını məhv etmişdir. Lakin bütün bunlara baxmayaraq Yəmənli şagirdlər həmişəki kimi təhsilllərindən geri qalmayırlar.

11 aprel 2016 - 17:37

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır