Terrorçular ilə mübarizə servislərinin sözçüsü Səbah Noman terrorçu ünsürlərdən azı 80 nəfərinin darmadağın edildiyini bildirərək deyib: “Evakuasiya zamanı saqqallarını qırxaraq yerli sakinlər ilə birlikdə qaçmaq istəyən 56 sələfi terrorçusu saxlanılaraq həbs edilib.”

11 mart 2016 - 07:35

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sionistlər ilə, iş birliyi quran sələfi terrorçularının əlində mühasirədə qalan Əl Ənbar əyalətinin Zənkurə şəhəri İraq Silahlı Birlikləri tərəfindən azad edildi.

Terrorçular ilə mübarizə servislərinin sözçüsü Səbah Noman əməliyyat haqda açıqlama verərək bildirib: “İraq Xalq Qüvvələrindən ibarət Könüllü Dəstələr ilə İraq Silahlı Qüvvələrinin birlikdə apardıqları qısa və gözlənilməz anti-terror əməliyyatı zamanı Zənkurə şəhəri tamami ilə terrorçu qüvvələrdən azad edilərək, şəhərin 10 min əhalisi Furat Dərəsi adlanan yerə evakuasiya edilib.”

Səbah Noman daha sonra terrorçu ünsürlərdən azı 80 nəfərinin darmadağın edildiyini bildirərək deyib: “Evakuasiya zamanı saqqallarını qırxaraq yerli sakinlər ilə birlikdə qaçmaq istəyən 56 sələfi terrorçusu saxlanılaraq həbs edilib.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır