Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriyanın Bançi şəhərində yaşayan qadınlar Nigeriya dövləti tərəfindən amansızcasına həbs edilən Ayətullah Zəkzəki və onun həyat yoldaşı başda olmaqla bütün günahsız məhbusların azad edilməsini tələb ediblər. Nigeriya İslam Hərakatının üzvü Həsən Bala bildirib ki, Nigerya hərbiçilərinin Şiələr qarşı həyata keçirtdikləri vəhşiyanə əməliyyatı zamanı 2000 günahsız və silahsız Şiə Şəhid edilib, 705 Şiənin həyatı isə bu günə kimi naməlum olaraq qalır. Onların nə ölüsündən nə də dirisindən heç bir xəbər yoxdur.
17 fevral 2016 - 19:11
Xəbər kodu: 735481
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır