PARİS PARTLADI!!!
Faşist İsrail rejiminin Kəşfiyyat İdarəsi Şin Bet işğal olunmuş ərazilərdə baş verən yanğınların təhqiqatını öz üzərinə götürüb \ Foto
İranın Şəhid Rəcai adına limanda baş verən partlayışın ardınca faşist İsrail rejimində də ardıcıl kütləvi yanğınlar baş verməkdədir ki, artıq bu yanğın hadisələri faşist İsrail rejimini dalana dirəmək halındadır.
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın Şəhid Rəcai adına limanda baş verən partlayışın ardınca faşist İsrail rejimində də ardıcıl kütləvi yanğınlar baş verməkdədir ki, artıq bu yanğın hadisələri faşist İsrail rejimini dalana dirəmək halındadır.
Belə ki, faşist İsrail rejiminin daxili kəşfiyyat agentliyi Şin Bet son günlər işğal etdikləri Fələstin ərazilərində baş verən bir sıra şübhəli yanğınlarla bağlı istintaqa rəsmən qoşulub. Geniş əraziyə yayılan yanğınların qəsdən törədilməsi ehtimalı təhlükəsizlik qüvvələrini həyəcan vəziyyətinə salıb.
Faşist İsrail rejiminin "Kanal 12" televiziyasının verdiyi məlumata görə, İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet (Şabak) son günlər işğal olunmuş Fələstin ərazilərində dəfələrlə baş verən irimiqyaslı meşə və çöl yanğınları ilə bağlı istintaqa rəsmən qoşulub. Bu qərar yanğınların təbii səbəblərdən deyil, daha çox təhlükəsizlik ölçüsü olan və ya qəsdən törədilmiş hadisələrdən baş verməsi ehtimalını gündəmə gətirib.
Faşist İsrail rejiminin "Kanal 14" televiziyası həmçinin işğalçı rejimin bir neçə bölgəsində eyni vaxtda yanğınların davam etdiyini bildirib və bunu qeyri-adi hal adlandırıb. Xəbərdə diqqəti çəkən başqa bir detal isə ərəb əhalisinin çox olduğu bölgələrdə yanğınların heç birinin baş verməməsi olub. Bu vəziyyət bəzi dairələr tərəfindən müəyyən əraziləri hədəf alan yanğınlar kimi izah edilib.
Faşist rejiminin polis qüvvələri bu yanğınla bağlı bir nəfəri “qəsdən yanğın törətmək” ittihamı ilə saxlayıb. İstintaq dərinləşdikcə hadisədə başqa şəxslərin də əli ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, Şin Betin iştirakı, hadisənin təkcə ekoloji fəlakət kimi deyil, həm də potensial təhlükəsizlik təhlükəsi kimi qəbul edilir. Səlahiyyətlilər yanğınların mütəşəkkil şəkildə, təxribat və ya fərdi hərəkətlər olub-olmaması ilə bağlı araşdırmalarını davam etdirir.
Sizin rəyiniz