Pakistanın Paraçinar bölgəsində “Kuhat Sülh Müqaviləsi” həyata keçirildikdən sonra yerli Şiə qrupları silahlarını Pakistan hökumətinə təhvil verib. Vəhhabi və sünnilər isə silahlarını təhvil verməyiblər. Daha doğrusu “Kuhat Sülh Müqaviləsi”ndə sünni və vəhhabilərin silahlarını təhvil verməsi barədə bir şey qeyd olunmayıb.

30 aprel 2025 - 18:50

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Kuhat Sülh Müqaviləsi”nin icrası çərçivəsində Pakistanın Paraçinar bölgəsindəki Kurram əyalətinin yerli Şiə sakinləri dinc niyyətlərini sübut etmək üçün bir tərəfli olaraq, öz silahlarını ordunun nümayəndələrinə və Pakistan hökumətinin müvafiq rəsmilərinə könüllü olaraq təhvil veriblər.

Pakistan televiziyası xəbər kanallarının məlumatına görə, bölgə komissarının müavini Kərəm Əşfaq Xan çıxışında sünii və təkfirçi qrupların da silahlarını hökümət dairələrinə təhvil vermələrinə işarə etsə də lakin fakt olaraq yalnız Şiələr silahlarını təhvil veriblər.

Paraçinarda silahların könüllü təslim edilməsi; Davamlı sülhə doğru mühüm addım yoxsa Şiələrin sonu??? \ Foto + Araşdırma

O, bu dedikləri barədə belə bildirib: “Tərəflər (admin: sünni və təkfirçilər ilə yerli Şiələr) arasında ötən ildən davam edən və yüzlərlə insanın (admin: Şiənin) ölümü ilə nəticələnən qanlı toqquşmalar indi hər iki tərəfin müsbət addımları ilə sona çatmaq üzrədir.” (!)

Kərəm Əşfaq Xan əlavə edib: “Paraçinar Şiələri son 7 ay ərzində misli görünməmiş mühasirə altındadır və bu yeni tendensiya ilə mühasirəni qırmaq ümidləri artıb.”

Yerli hakimiyyət orqanlarının məlumatına görə, indiyədək Paraçinar rayonunda 1000-ə yaxın bunker məhv edilib, rayonun digər kəndlərində isə silahların toplanması və bunkerlərin məhv edilməsi prosesi hələ də davam edir.

Aşfaq Xan vurğulayıb: “Kərəm İcnəsi bölgəsi davamlı sülhün bərqərar olması istiqamətində irəliləyir və vəziyyətin sabitləşməsi üçün bütün lazımi səylər göstərilir.”

Hüseyniyyə Dərnəyinin katibi bu hərəkəti alqışlayaraq deyib: “Paraçinar kəndli sakinlərinin (Şiələrin) silahları könüllü təhvil verməsi regionda etimadın bərpası və sülhün əldə olunması istiqamətində mühüm addımdır.

Paraçinarda silahların könüllü təslim edilməsi; Davamlı sülhə doğru mühüm addım yoxsa Şiələrin sonu??? \ Foto + Araşdırma

Bununla belə, o, Kuhat Sülh Müqaviləsinin digər 14 bəndinin tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulayaraq, Şiələrin çoxluq təşkil etdiyi bu bölgənin uzunmüddətli mühasirəsinə son qoymaq üçün Paraçinar bölgəsində yolların tam şəkildə açılmasını istəyib.

Qeyd edək ki, Paraçinar bölgəsində sülh müqaviləsi imzalansa da, Şiələrin məskunlaşdığı bu bölgəyə gedən yollarda təhlükəsizlik təmin olunmadığından dərman və ərzaq da daxil olmaqla humanitar yardımlar Paraçinar Şiə əhalisinə çatmayır.

Analtiklərin isə qənaəti budur ki, Pakistan Hökümət Qüvvələri yalnız Şiələri tərki-silah etdikləri anda və bölgədə təkfirçilər ilə sünnilərin tərki-silah olunmaması, habelə Paraçinar Şiələrinin mühasirəsinin dava etdirilməsi bütün bunlar Pakistan təkfirçi dövləti üçün təbii baxımdan alınmaz bir qala olan Paraçinar bölgəsinin tezliklə yerli sakinlərindən, yəni Şiələrdən təmizlənməsi və assimilyasiya olunmasına təkan verəcəkdir.

Sizin rəyiniz

You are replying to: .
captcha