Qəzzə Xalqının Fəryadı
Faşist yəhudi rejimi son hücumunda Qəzzada 506 fələstinlini Şəhid etdi \ Foto
Fələstinin Qəzza Səhiyyə Nazirliyi çərşənbə axşamı səhər sionist düşmənin Qəzza zolağına hücumlarının başlamasından bu yana 506 fələstinlinin şəhid olduğunu açıqlayıb.
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstinin Qəzza zolağındakı İctimai Səhiyyə Nazirliyi sionist düşmənin bu zolağa yeni hücumları zamanı şəhid və yaralıların son statistikasını açıqlayıb.
Əl-Cəzirə telekanalının məlumatına görə, nazirlik əlavə edib: Sionist düşmənin çərşənbə axşamı səhəri Qəzza zolağına hücumlarının başlamasından indiyədək 506 fələstinli şəhid olub, 909 nəfər isə yaralanıb.
Şəhidlərin 200-ü uşaq, 112-si qadındır.
Faşist sionist rejimin Qəzzəyə qarşı soyqırım müharibəsində şəhid olanların sayı 7 oktyabr 2023-cü ildən bəri 49 min 617 nəfərə, yaralıların sayı isə 112 min 950 nəfərə çatıb.
Sizin rəyiniz