Şiələrin kompakt yaşadığı Paraçinar bölgəsinin təkfirçi terrorçular tərəfindən mühasirəsinin davam etməsi bölgədəki Şiələrin iftar süfrələrini xörəksiz qoyub.

8 mart 2025 - 09:55

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Media mənbələri Pakistan və Əfqanıstan sərhədinə yaxın Paraçinar Şiə bölgəsinin təkfirçi terrorçular tərəfindən mühasirəyə alınmasının davam etdiyini bildirir.

Məlumata görə, Paraçinar Şiə bölgəsinin mühasirəsinin davam etməsi bu bölgənin Şiə əhalisinin Ramazan ayında ət və tərəvəz kimi əsas ehtiyaclarının olmaması və Paraçinar əhalisi arasında qida çatışmazlığının yayılması ilə nəticələnib.

Ərazinin mühasirəyə alınması ilə əlaqədar Paraçinar bölgəsində yaranan ərzaq qıtlığı Paraçinar sakinlərinin müqəddəs Ramazan ayında iftar və sahur süfrələrində çox sadə qidalarla və yalnız paxlalı bitkilərlə məhdudlaşmasına səbəb olub.

Qeyd edək ki, Pakistan dövlətinin susqunluqla müşahidəsi altında təkfirçi terrorçular tərəfindən Paraçinar bölgəsinin mühasirəsinin davam etdirilməsi və bu terrorçuların Paraçinar bölgəsinə gedən yardım karvanlarına hücumları bu bölgə sakinlərinin parakəndə etirazlarına səbəb olub.

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha