Sonda Ayətullah Əxtəri bir cild Kəlamullahi-Məcid olmaqla İslam İnqilabının Rəhbərinin şəhid ailələrinə xatirə hədiyyələrini təqdim etməklə bu ziyarətləri yekunlaşdırıb.
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Ali Şurasının sədri şəhid Hizbullah komandirlərinin ailələrinin evlərində olub.
Ayətullah Məhəmməd Həsən Əxtəri İslam İnqilabının Ali Məqamlı Rəhbəri adından Livanda Hizbullah şəhidləri, Seyid Həsən Nəsrullah, Seyid Haşim Safiəddin, Əli Karaki, Fədad Şakir, İbrahim Əqil, Hüseyin Həzimi, Suheyl Hüseyn Hüseyni və Muhəmməd Əfifin ailələrinin mənzilinə gedərək İmam Xamenei həzrətlərinin Salam, təbrik və təsliyyət mesajını bu əziz şəhidlərin möhtərəm ailə üzüvlərinə çatdırıblar.
Şəhid ailələri də Həzrət Ayətullah Xameneiyə minnətdarlıqlarını bildirərək, şəhidlərin şərəfli yolunda dayanmağın və Hizbullahın şəhid komandirlərinin öz məqsədlərinə çatana və sionist rejimi məhv edənə qədər qüdrətli yolunu davam etdirməyin vacibliyini vurğulayıblar.
Sonda Ayətullah Əxtəri bir cild Kəlamullahi-Məcid olmaqla İslam İnqilabının Rəhbərinin şəhid ailələrinə xatirə hədiyyələrini təqdim etməklə bu ziyarətləri yekunlaşdırıb.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!