Xatırladaq ki, Şeyx Zəkzaki 13 dekabr, 2015 tarixdə Nigeriya təhlükəsizlik qüvvələrinin Zariya şəhərində müəmmalı şəkildə onun mənzilinə dəhşətli hücum təşkil etdikdən sonra həbs edilmişdir. Həbs zamanı kütləvi sürətdə əliyalın silahsız Şiələr Şəhid edilmiş və Şeyx göz və sinə nahiyyəsindən güllə yarası alaraq ağır yralanmışdır.

16 dekabr 2024 - 13:30

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Nigeriyanın paytaxtı Abucada bu ölkənin İslami hərəkatının lideri Şeyx Zəkzəkinin çıxışı ilə, 2015-ci ildə Nigeriya ordusu tərəfindən,Zariada məzlum Şiələrin Soyqırımında şəhid edilənlərin anım mərasimi keçirilib.

Xatırladaq ki, Şeyx Zəkzaki 13 dekabr, 2015 tarixdə Nigeriya təhlükəsizlik qüvvələrinin Zariya şəhərində müəmmalı şəkildə onun mənzilinə dəhşətli hücum təşkil etdikdən sonra həbs edilmişdir. Həbs zamanı kütləvi sürətdə əliyalın silahsız Şiələr Şəhid edilmiş və Şeyx göz və sinə nahiyyəsindən güllə yarası alaraq ağır yralanmışdır. Həmçinin bu hücumda Şeyxin 3 oğlu Şəhid olmuş, bir qızı və xanımı isə ağır yaralanmışdır.

Nigeriya təhlükəsizlik qüvvələri bu hadisədən bir gün sonra Zaria şəhərində yenidən Şiələrin dini mərasiminə hücum edir. Onların Məscid və Hüseyniyyələrinə od vuraraq yandırıb aradan aparır.

Qeyd edək ki, bu iki hücum nəticəsində iki mindən artıq Şiənin Şəhid olduğu bildirilir.

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!