Yaz və yay aylarında bu gözəl düzənlik qırmızı lalələrdən, qırmızı əsməçiçəylərindən-anemonlardan, astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid sarı qaymaqçiçəklərdən, adi dazı-pəncə-dəlikli dazıotulardan, bənövşələrdən və s. güllərdən çiçəkli köynək geyinir.

22 iyun 2023 - 10:30

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA:

Qış getdi, yenə bahar gəldi,

Gül bitdi və laləzar gəldi.

    ***        ***        ***

Quşlar qamusu fəğanə düşdü,

Eşq odu yenə bu canə düşdü...

(Böyük İran Şiə İmperatoru, Şah İsmayıl Xətainin “Bahariyyə”sindən iki bənd)

  İranın ən yüksək zirvəsi olan Dəmavənd ətəyində “Lar düzü” və ya “Lar Milli Parkı” kimi tanınan təmiz düzənlik var. Dəşte Lar Tehran və Mazandaran əyalətlərinin sərhəddində yerləşir.

Yaz və yay aylarında bu gözəl düzənlik qırmızı lalələrdən, qırmızı əsməçiçəylərindən-anemonlardan, astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid sarı qaymaqçiçəklərdən, adi dazı-pəncə-dəlikli dazıotulardan, bənövşələrdən və s. güllərdən çiçəkli köynək geyinir.

Lar düzünün şöhrət qazanmasının səbəblərindən biri də bu düzənliyin qırmızı lalələrdir ki, yoldan keçən hər bir kəs gözünü saatlarla onlara dikmiş olur.

 

  

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!