Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, müqəddəs Qum şəhərində Həzrət Peyğəmbərin (s) mübarək mövlüdunun ildönümü günü ilə eyni vaxtda, dünyanın hər yerində alim və tədqiqatçıların istifadə etməsi üçün bir milyondan çox rəqəmsal resursu olan Avropa Dillərində İslam Araşdırmaları Mərkəzi və Kitabxanasının açılışı olub. Bu Mərkəz, Ayətullah Sistaninin tamhüquqlu nümayəndəsi Höccətül-islam və Müslimin Hacı Seyid Cavad Şəhrestaniyə bağlı onlarla elmi mərkəzdən biridir ki, Qumda yerləşir və Dr. Murtəza Kariminianın müdiriyyəti ilə idarə olunur.

27 oktyabr 2021 - 17:06

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!