Kəramət Ongünlüyü Münasibəti ilə
Bəhreynin Buri şəhərində İmam Rzanın (ə) viladətinin ildönümü münasibəti ilə bayram qeyd edilib – Foto
Quran Kərimin tilavəti ilə, başlanan mərasimdə ruhani və Əhli Beyt məddahları çıxış edərək 14 məsumların xüsusi ilə də İmam Rzanın şəninə mədhiyyələr söyləyiblər.
Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Bəhreynin Buri şəhərinin bir qrup Şiələri şəhərin əl-Tavoilə adına Hüseyniyyəsində 8-ci İmam həzrət Əli ibn Musa Kazımın (əleyhimə səlam) viladətinin ildönümü münasibəti ilə bayram mərasimi keçiriblər.
Quran Kərimin tilavəti ilə, başlanan mərasimdə ruhani və Əhli Beyt məddahları çıxış edərək 14 məsumların xüsusi ilə də İmam Rzanın şəninə mədhiyyələr söyləyiblər.
Qeyd edək ki, Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır. Bu ongünlük Əhli-Beytin (əleyhimus səlam) səkkizinci nuru həzrət İmam Rzanın (əleyhi səlam) əziz bacısı xanım Fatimeyi Məsumənin (səlamullahi əleyha) mövlud günündən yəni 1 Zil Qədə ayından İmam Rzanın (əleyhi səlam) mövlud gününə 11 Zil Qədə ayına kimi davam edir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!