Kəramət Ongünlüyü
İsfahanda Xanım Məsumənin (s) viladətinin ildönümü münasibətilə “Qızlar Günü” Bayramı keçirildi – Foto
Çoxlu qız və anaların iştirak etdiyi mərasimdə Quran Kərimin ayələri tilavət olunduqdan sonra Əhli Beyt (əleyhimus səlam) məddahları, şair və musiqiçilər həzrəti Fatiməi Məsumənin (səlamullahi əleyha) şəninə nəğmələr oxuyub, təriflər söyləmişlər.
Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, 11 İyun 2021 tarixdə, Cümə Günü, İsfahanın Çaharbağ parkında Xanım Fatiməi Məsumənin (səlamullahi əleyha) viladətinin ildönümü ilə əlaqədar Qızlar Günü bayramı qeyd olunub.
Çoxlu qız və anaların iştirak etdiyi mərasimdə Quran Kərimin ayələri tilavət olunduqdan sonra Əhli Beyt (əleyhimus səlam) məddahları, şair və musiqiçilər həzrəti Fatiməi Məsumənin (səlamullahi əleyha) şəninə nəğmələr oxuyub, təriflər söyləmişlər.
Bildirək ki, Həzrəti Fatiməi Məsumə (səlamullahi əleyha) Hicri Qəməri tarixi ilə Zil Qədə ayının 1-i, 173-cü ildə, Mədinə şəhərində əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) nəvəsi, Allah Təalanın yer üzündə təyin etdiyi 7-ci Xəlifəsi, İmam Musai Kazımın (əleyhi səlam) evində dünyaya göz açıb.
Qeyd edək ki,Hicri Qəməri tarixinin 148-ci ili Zil Qədə ayının 11-də isə həzrəti İmam Rzanın (əleyhi səlam) anadan olan günüdür. Bu münasibət ilə də, İran İslam Respublikası bu on günü, yəni Zil Qədə ayının 1-dən 11-nə kimi olan müddəti “Kəramət On Günlüyü” adlandırıb. Və bu münasibət ilə, həzrəti Xanım Fatiməi Məsumə və İmam Rzanın hərəmlərində müxtəlif mədəni-maarif proqramları icra olunur...
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!