Mübarək Ramazan Ayı və Dünya Xalqları
Nigeriyada Potiskum şəhərində yerləşən Rəsuli Əkrəm (s) mərkəzində Qədr Gecələri qeyd olundu – Foto
Xətib Qədr Gecəsinin əməlləri, fəziləti və həzrəti Əmirəl Möminin, Əli İbn Əbu Talibin (əleyhi səlam) fəziləti barəsində danışmışdır. Xətibin çıxışından sonra isə, Əhli Beyt (əleyhimus səlam) məddahları Coşən Kəbir duasını oxumuş, mərsiyələr deyilmiş və Quranları başa qoyaraq əməlləri yerinə yetirmişdir. Sonda o başdan- suhur verilmiş, daha sonra sübh namazı qılınmıb, hər kəs öz evinə dağılışmışdır.
Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, hər il olduğu kimi bu il də Afrikanın Qərbində, Atlantik okeanın Qvineya körfəzi sahilində yerləşən Nigeriyada yaşıyan müsəlmanlar xüsusi ilə də Şiələr Mübarək Ramazan ayının ayinlərini o cümlədən Qədr Gecələrinin əməllərini qeyd etmişlər.
Nigeriyanın Potiskum şəhərində yerləşən Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) adına mərkəzdə Şiələr Qədr gecələrini qeyd ediblər.
Məğrib və işa namazları qılındıqdan və iftar etdikdən sonra keçirilən mərasimdə ilk öncə Quran Kərimi tilavət edilmiş, daha sonra Xətib çıxış edərək Qədr Gecəsinin əməlləri, fəziləti və həzrəti Əmirəl Möminin, Əli İbn Əbu Talibin (əleyhi səlam) fəziləti barəsində danışmışdır. Xətibin çıxışından sonra isə, Əhli Beyt (əleyhimus səlam) məddahları Coşən Kəbir duasını oxumuş, mərsiyələr deyilmiş və Quranları başa qoyaraq əməlləri yerinə yetirmişdir.
Sonda o başdan- suhur verilmiş, daha sonra sübh namazı qılınmıb, hər kəs öz evinə dağılışmışdır.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!