Məğrib və işa namazları qılındıqdan və iftar etdikdən sonra keçirilən mərasimdə ilk öncə Quran Kərimi tilavət edilmiş, daha sonra Xətib çıxış edərək Qədr Gecəsinin əməlləri, fəziləti və həzrəti Əmirəl Möminin, Əli İbn Əbu Talibin (əleyhi səlam) fəziləti barəsində danışmışdır. Xətibin çıxışından sonra isə, Əhli Beyt (əleyhimus səlam) məddahları Coşən Kəbir duasını oxumuş, mərsiyələr deyilmiş və Quranları başa qoyaraq əməlləri yerinə yetirmişdir.

11 may 2021 - 20:05

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, hər il olduğu kimi bu il də Banqladeş Şiələri Mübarək Ramazan ayının ayinlərini xüsusi ilə də Qədr Gecələrinin əməllərini qeyd etmişlər.

Banqladeşin Xulana şəhərində yerləşən Vəliyyi Əsr adına Məsciddə Şiələr Qədr gecələrini qeyd ediblər.

Məğrib və işa namazları qılındıqdan və iftar etdikdən sonra keçirilən mərasimdə ilk öncə Quran Kərimi tilavət edilmiş, daha sonra Xətib çıxış edərək Qədr Gecəsinin əməlləri, fəziləti və həzrəti Əmirəl Möminin, Əli İbn Əbu Talibin (əleyhi səlam) fəziləti barəsində danışmışdır. Xətibin çıxışından sonra isə, Əhli Beyt (əleyhimus səlam) məddahları Coşən Kəbir duasını oxumuş, mərsiyələr deyilmiş və Quranları başa qoyaraq əməlləri yerinə yetirmişdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!