Mübarək Ramazan Ayı və Dünya Xalqları
Fil Dişi Sahil Respublikasında “İmam Musa Sədr” mərkəzində Qədr Gecələri qeyd olundu – Foto
Kotdivuar - Fil Dişi Sahili Respublikasında yaşayan Şiələr Qədr gecələri ilə əlaqədar məğrib və işa namazları qılındıqdan sonra keçirtdikləri mərasimdə, ilk öncə Quran Kərimi tilavət etmiş, daha sonra Xətib çıxış edərək Qədr Gecəsinin əməlləri, fəziləti və həzrəti Əmirəl Möminin, Əli İbn Əbu Talibin (əleyhi səlam) fəziləti barəsində danışmışdır. Xətibin çıxışından sonra isə, Əhli Beyt (əleyhimus səlam) məddahı Coşən Kəbir duasını oxumuş, mərsiyələr deyilmiş və Quranları başa qoyaraq əməlləri yerinə yetirmişdir.
Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, hər il olduğu kimi bu il də Kotdivuar - Fil Dişi Sahili Respublikasında yaşayan Şiələr Mübarək Ramazan ayının ayinlərini xüsusi ilə də Qədr Gecələrinin əməllərini qeyd etmişlər.
Kotdivuar - Fil Dişi Sahili Respublikasında yaşayan Şiələr Qədr gecələri ilə əlaqədar məğrib və işa namazları qılındıqdan sonra keçirtdikləri mərasimdə, ilk öncə Quran Kərimi tilavət etmiş, daha sonra Xətib çıxış edərək Qədr Gecəsinin əməlləri, fəziləti və həzrəti Əmirəl Möminin, Əli İbn Əbu Talibin (əleyhi səlam) fəziləti barəsində danışmışdır. Xətibin çıxışından sonra isə, Əhli Beyt (əleyhimus səlam) məddahı Coşən Kəbir duasını oxumuş, mərsiyələr deyilmiş və Quranları başa qoyaraq əməlləri yerinə yetirmişdir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!