Anti-Amerika Dalğaları Səngimir
ABŞ və Kanadada Trampın anti-İran siyasətləri kəskin şəkildə məhkum edildi - Foto
ABŞ-ın Providence və Qoşen şəhərlərində onlarla etirazçı yerli parlament qarşısında mitinq keçirərək, "İranla müharibə yox!" şüarını səsləndirib, ABŞ prezidenti Donald Trumpın xarici siyasətinə etiraz ediblər. Eyni zamanda Kanadada bir qrup etirazçı Torontoda ABŞ konsulluğunun qarşısında aksiya keçirərək ABŞ siyasətində dəyişiklik edilməsini və İrana qarşı sanksiyaların qaldırılmasını, İranın suverenliyinə hörmətlə yanaşmağı tələb edərək "İranla Müharibəyə Yox!", "Sanksiyaları Ləğv Edin!" kimi şüarını səsləndirdilər.
Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, Bazar günü, Rod-Aylendin inzibati mərkəzi olan Providence şəhərində onlarla etirazçı yerli parlament qarşısında mitinq keçirərək, "İranla müharibə yox!" şüarını səsləndirib, ABŞ prezidenti Donald Trumpın xarici siyasətinə etiraz ediblər.
Amerika WPRI veb saytının verdiyi məlumata görə, etirazçılar ABŞ-ın İranla hərbi qarşıdurmasına səbəb olacaq heç bir nümunə olmadığını vuğulayıblar.
İndianadakı Qoşen şəhəri də Trump-ın militarist siyasətinin əleyhdarlarına qarşı hərəkət səhnəsinə çevrilib.
Eyni zamanda Kanadada bir qrup etirazçı Torontoda ABŞ konsulluğunun qarşısında aksiya keçirərək ABŞ siyasətində dəyişiklik edilməsini və İrana qarşı sanksiyaların qaldırılmasını tələb edib.
Etirazçılar İranın suverenliyinə hörmətlə yanaşmağı tələb edərək "İranla MüharibəyəYox!","Sanksiyaları Ləğv Edin!" kimi şüarını səsləndirdilər.
Kanadanın Edmonton şəhərində də bir qrup etirazçı Trumpın Qərbi Asiyadakı və İrana qarşı siyasətini qınayıb.
Qeyd edək ki, bu etirazlar bu həftə sonu təşkil edilən Trumpa qarşı yüzlərlə mitinqin bir hissəsidir.
ABŞ 2018-ci ilin may ayında BƏRCAM-dan qanunsuz və birtərəfli çıxdıqdan sonra İrana qarşı geniş miqyaslı təzyiq və düşmənçilik kampaniyasına başlayıb. Sonda isə Sərdar Qasım Süleymanini Bağdada rəsmi səfər etdiyi vaxtda Bağdad Hava Limanı yaxınlığında PUA-lar vasitəsi ilə raket atəşinə tutaraq terror etmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!