Ölməz Qəhrəmanlar, Şəid Süleymani və Əbu Məhdi Mühəndisi!
Suriya Druziləri Şəhid Marşal Süleymaninin xatirəsini hörəmətlə yad ediblər – Foto
Dəməşqin Səhnaya məntəqəsində keçirilən anım mərasiminə Ümümdünya Müsəlmanlarının Ali Lideri həzrət Ayətullah Xamenei cənablarının Suriya üzrə nümayəndəsi, İran İslam Respublikasının Suriyada çalışan məsul şəxslər, Suriyadakı qəbilə başçıları və s. şəxsiyyətlər iştirak ediblər.
Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, Suriyada yaşayan Druzi təriqətinin alimləri Şəhid Marşal Hac Qasım Süleymaninin xatirəsini hörmətlə yad ediblər.
Dəməşqin Səhnaya məntəqəsində keçirilən anım mərasiminə Ümümdünya Müsəlmanlarının Ali Lideri həzrət Ayətullah Xamenei cənablarının Suriya üzrə nümayəndəsi, İran İslam Respublikasının Suriyada çalışan məsul şəxslər, Suriyadakı qəbilə başçıları və s. şəxsiyyətlər iştirak ediblər.
Qeyd edək ki, Druzlar (və ya əslində dərzilər) — ismailliliyin şaxələrindən biri olan müsəlman dini təriqətinə aid ərəblərdir. Livan və Suriyada, az bir hissəsi isə yəhudilər tərəfindən işğal olunmuş Fələstin ərazilərində yaşayırlar. Druz təriqəti XI əsrin əvvəllərində Misir və Cənubi Livan ismailliləri arasında təbliğat aparan batini vaiz Muhəmməd ibni Dərzinin (təriqətin adı da buradandır) fəaliyyəti nəticəsində meydana gəlmişdir. Druzlar Fatimi xəlifəsi Hakimin (996-1021) Allahın əmir ilə təyin olunduğuna və ruhların ölməzliyinə inanırlar. Orta əsrlərdən başlamış son dövrədək Druzlar nəsli aristokratiyaya və hakim əmir sülaləsinə malik olmuşlar. Druz əmirlərinin Livanda ən qüdrətli dövrü II Fəxr əd-din Məan (1590-1633) və II Bəşir Şihabın ((1788/89-1840) hakimiyyəti illərinə təsadüf edir. Maroni kəndliləri və onların feodal ağaları olan druz zadəganları arasındakı sinfi ziddiyətlər nəticəsində XIX əsrin 40-60-cı illərində Livanda Druz və xristian maronilər arasında silahlı toqquşmalar baş verdi. XIX əsrin 2-ci yarısı-XX əsrdə Osmanlı İmperiyası hakim dairələrinin druz "sərbəstliyinə", "imtiyazına" (hərbi mükəlləfiyyətin olmaması, silah gəzdirmək hüququ, druz zadəganlarının sıravi druzlar üzərindəki qeyri məhdud hakimiyyəti və s.) son qoymaq cəhdləri tez-tez osmanlılar əleyhinə çıxışlara səbəb olmuşdu. Fransanın mandatlığı dövründə (1920-1943) Suriya və Livan druzları antiimperialist mübarizədə iştirak etdilər. 1925-1927-ci illər Ümumsuriya milli üsyanının mərkəzi Cəbəl Druz idi. Üzvlərinin əksəriyyəti druzlardan ibarət olan Livan Tərəqqipərvər Sosialist Partiyası (1949-cu ildə təsis olunmuşdur) 1958-ci ilin yayında antiimperialist üsyanda fəal iştirak etmişdir. 70-ci illərdə Livanda baş verən hadisələr zamanı druzlar milli vətənpərvər qüvvələrin tərəfində çıxış edir, ölkənin birliyi və Fələstin qaçqınları probleminin ədalətli həll olunması uğrunda mübarizə aparırlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!