Aksiya iştirakçıları Lahur əyalətinin parlament binasından başlayaraq ABŞ konsulluğuna qədər yürüş keçiriblər. Onlar Hac Qsim Süleymani, Əbu Mehdi əl Muhəndisi və Müqavimət Cəbhəsinin şəhidlərinin terror edilməsini sərt tənqid edərək, ruhlarını əziz tutmuşlar.

14 yanvar 2020 - 08:02

Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, 12 Yanvar tarixində şəhid Qasim Süleymaninin terror edilməsinin 10-cu günüdə, Pakistanın Lahur əyalətindəki konsulluğu önündə növbəti etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları Lahur əyalətinin parlament binasından başlayaraq ABŞ konsulluğuna qədər yürüş keçiriblər. Onlar Hac Qsim Süleymani, Əbu Mehdi əl Muhəndisi və Müqavimət Cəbhəsinin şəhidlərinin terror edilməsini sərt tənqid edərək, ruhlarını əziz tutmuşlar.

Yüzlərlə insanların iştirak etdiyi etiraz aksiyasında Amerika terrorçu dövlətinin siyasətləri məhkum edilərək "Ölüm Olsun Amerikaya!" şüarları səsləndirmişlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!