-
Kaspi Hirkan Qarışıq Meşələri qoynunda yerləşən qədim Deyləmin Ramsər Muzey Kompleksi
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kaspi Hirkan Qarışıq Meşələri qoynunda yerləşən qədim Deyləmin Mazəndaran Diyarının Ramsər şəhəri bir sıra təbii mənzərələri ilə yanaşı tarixi abidə və görməli yerlərlə də zəngindir. Ramsər Muzey Kompleksi hazırda Mərmər Sarayı muzeyi, İran fil dişi üzrə ixtisaslaşmış muzey, Ovçuluq muzeyi, Köhnə Hamam muzeyi, Tarixi Əşyalar muzeyi, muzey sərgi zalları və botanika bağ-muzeyindən ibarətdir. Bu bölmələr müxtəlif sahələr üzrə tarixi əşyaların və artefaktların sənədli şəkildə nümayişi məqsədilə yaradılıb. Ramsər Muzey Kompleksi ölkənin şimal bölgəsinin seçilən mədəniyyət məkanlarından biri hesab olunur və Mərmər Sarayının əsas elementi üzərində fəaliyyət göstərir. Bu kompleks Ramsərin rəsmi turizm məkanlarından biri kimi 2000-ci ildən fəaliyyətə başlayıb və sonrakı illərdə ona müxtəlif bölmələr əlavə edilib. Əvvəllər rəsmi-qəbul funksiyası daşıyan Mərmər Sarayı bu gün ümumi muzey kimi ziyarətçilərin istifadəsinə açıqdır. Binanın əşyaları, mebelləri və daxili strukturu keçmiş dövrlərin mədəni dəyişikliklərini və həyat tərzini əks etdirir. Bu fotoreportajda binanın memarlıq detalları, əşyalar və daxili elementlər sənədləşdirilərək təqdim olunub; eksponatların qorunma vəziyyətindən tutmuş zamanla aparılmış dəyişikliklərə qədər bütün məqamlar göstərilir.
-
Xatəm əl-Ənbiya (s) Mərkəzi Qərargahının komandir müavini: Düşmənlər taktikalarımızı anlamaq üçün bədəl ödəməlidirlər
Əmir Heydəri: “Bu təlimdə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrində və Müdafiə Nazirliyindəki əməkdaşlarımın yaradıcı zehnləri və bacarıqlı əlləri tərəfindən tamamilə istehsal olunmuş və tamamlanmış silahların şahidi olduq, yəni onlar öz ayaqları üzərində dayana bildilər. Müşahidə etdiklərimiz yerli istehsal idi.”
-
İranın əzəli torpaqları olan Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları \ Bəqai bir daha xatırlatdı
Bəqayi: “İranın Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları üzərində suverenliyinə şübhə yoxdur. Və Fars körfəzi ölkələrinə tövsiyəmiz, bölgədəki əsas gərginlik mənbəyi olan sionist rejimi öz çıxışlarında və mövqelərində dəstəkləməyəcək şəkildə hərəkət etməkdir."
-
Trampın Livanda uğursuzluğa düçar olmuş strategiyası
Vaşinqton sabitliyə əsaslanan istənilən həll yoluna qarşı çıxdığı üçün faktiki olaraq mövcud qeyri-sabit vəziyyətin davam etməsinə kömək edir. Bu isə nəticə etibarilə ABŞ-nin strategiyasını tam iflasa aparır.
-
Londonda islamofobiya ilə bağlı keçirilən konfransın iştirakçıları müsəlmanlara qarşı nifrətin adi hal alması barədə xəbərdarlıq ediblər
Londonda islamofobiya ilə bağlı keçirilən konfransın iştirakçıları müsəlmanlara qarşı nifrətin adi hal alması barədə xəbərdarlıq ediblər
-
Foto Reportaj | Ayətullah Ramazaninin iştirakı və çıxışı ilə Tələbə Günü qeyd edildi
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Müqəddəs Qum şəhərinin Dinlər və Məzhəblər Universitetinin İmam Musa Sədr zalında, tələbələrin yüksək məqamını qeyd etmək və onların İslam Respublikası sistemindəki mühüm missiyalarını izah etmək məqsədilə Ümümdünya Əhli-Beyt (əleyhimus-səlam) Assambleyasının baş katibi Ayətullah Ramazani “Tələbə Günü” münasibəti ilə keçirilən Anım Mərasimində çıxış ediblər.
-
Foto Hesabat | "Səhənd 2025" Birgə Terrorla Mübarizə Təlimi
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şanxay Əməkdaşlıq Təşkilatının "Səhənd 2025" adlı birgə terrorla mübarizə təlimi çərşənbə günü, 03 dekabr, 2025-ci il tarixindən etibarən başlayıb və beş gün (08 dekabr 2025 taruxə kimi) davam edəcək. Təlimdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən və regional hərbi və təhlükəsizlik təşkilatlarından 18 yüksək vəzifəli nümayəndə heyəti iştirak edir. Təlim İslam İnqilabı Keşikçiləri Korpusunun-SEPAH-ın Quru Qoşunlarının ev sahibliyi və Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhristanında keçirilir.
-
Həftəlik Hesabat | "Həftənin Seçilmiş Fotoları"
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu hesabatda, ABNA fotoqrafları tərəfindən son bir həftə ərzində İranda baş verən xəbər tədbirlərindən çəkilmiş şəkillərin seçimini görəcəksiniz; çəkilmiş anlar ölkədəki hadisələri əks etdirir.
-
İİR Müqəddəs Ziyarətgahlar və Məkanlarının Xadimlərinin Qum şəhərində keçirilən 8-ci Sessiyası
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Müqəddəs Cəmkəran Məscidinin İdarə Heyətinin ev sahibliyi ilə İslami İranının Müqəddəs Ziyarətgahlar və Məkanlarının Xadimlərinin Qum şəhərində keçirilən 8-ci Sessiyası keçirilib. Sessiyada İmam Rzanın (əleyhi səlam) Müqəddəs Hərəminin İdarəsinin-Astan Qüds Rəzəvinin, Həzrət Fatimə Məsumənin (səlamullahi əleyha) Müqəddəs Hərəminin-Astan Qüds Məsumənin, Həzrət Əhməd ibn Musa əl-Kazımın (əleyhi səlam) Müqəddəs Hərəminin, Həzrət Əbdüləzim Həsəninin (əleyhi səlam) Müqəddəs Hərəminin xadimləri iştirak ediblər.