?>

Ziyad al-Nəxalə, sionist rejimlə münasibətlərin normallaşmasını pisləyib

Ziyad al-Nəxalə, sionist rejimlə münasibətlərin normallaşmasını pisləyib

İslami Cihad Hərəkatının qurulmasının 33-cü ildönümündə, bu Hərəkatın baş katibi Ziyad Əl-Nəxalə, Sionist rejimlə münasibətlərin normallaşmasını pisləyib.

ABNA24 Xəbər Verir, Əl-Məyadinə görə, İslami Cihad hərəkatı 33-cü ildönümünü simvolik bir mərasimlə geniş bir ictimai iştirakı olmadan qeyd edib.

Bu münasibətlə etdiyi bir çıxışda İslam Cihadı hərəkatının baş katibi Ziyad Əl-Nəxalə, İslami Cihad hərəkatının işğalçıları qovmaq üçün silahlı müqavimət variantına sadiqliyini vurğulayıb.
Ziyad Əl-Nəxalə çıxışında Fələstinin Məqsədlərinə qarşı olan dağıdıcı planları zərərsizləşdirmənin, daxili siyasi mübahisələrdə bitərəfliyin və Fələstin qruplarını birləşdirmək səylərinin vacibliyini vurğulayıb.
Əl-Nəxalə əlavə edib: “Qardaşlarımız hər yerdə məsuliyyətlə davrandıqlarını və cihadda israr etdiklərini sübut ediblər. Çox mürəkkəb beynəlxalq dəyişikliklər baş verib, və ABŞ-ın həyasız nəzarəti altında olan beynəlxalq koalisiyanın planında bir dəyişikliyin şahidi oluruq.”

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*