?>

Zaxarova: "Rusiya nüvə anlaşması iştirakçılarının Vyana danışıqlarına qayıtmasına kömək etməyə hazırdır"

Zaxarova:

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü nüvə anlaşmasının canlandırılmasının ən qısa yolunun İran və ABŞ-ın eyni zamanda öhdəliklərinə qayıtmaları olduğunu bəyan edərək, deyib: "Rusiya nüvə anlaşması iştirakçılarının ən tez bir zamanda Vyana danışıqlarına qayıtmasına kömək etməyə hazırdır"

ABNA24 Xəbər Verir, Mariya Zaxarova bir bəyanatda, Moskva İranın nüvə təsisatlarında müşahidə cihazlarının texniki xidməti haqqında Tehran ilə MAQATE arasında əldə edilən razılaşmanı alqışladığını bildirib və yazıb: " Moskva nüvə anlaşmasının bütün tərəfdaşlarını ən qısa bir zamanda müzakirə masasına qayıtmağa çağırır".

Zaxarova qeyd edib ki, nüvə anlaşmasının canlandırılmasının ən qısa yolu Vaşinqton və Tehranın nüvə anlaşması və BMT-nin 2231 saylı qətnasi ilə müəyyən edilmiş öhdəliklərinə heç bir əlavə və ya istisna olmadan qayıtmasıdır". 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*