?>

Zakir Həsənov rusiyalı sülhməramlıların yeni komandanı ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov və onu əvəz edən general ilə görüşüb.

ABNA24 Xəbər Verir, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Turan Xəbər Agentliyi görüş haqda dərc etdiyi məlumatında sülhməramlıların komandanının Bakıda soyuq qarşılandığını iddia edib. Bildirilir ki, İrəvan və Bakının Muradov və Kosobokovun görüşləri ilə bağlı məlumatları müqayisə etsək, Azərbaycan tərəfinin quru tonu aydın görünür. Üstəlik, Azərbaycan Müdafiə Nazirliyi Həsənovun rus generalları ilə görüşünün fotosunu belə dərc etməyi lazım bilməyib. Bütün bunları rəsmi Bakının sülhməramlıların hərəkətlərindən narazılığı kimi qiymətləndirmək olar. 

Qeyd edək ki, sülhməramlı qüvvələrin komandanının dəyişdirilməsi Azərbaycanda birmənalı qarşılanmır. Bir çoxları bunu Rusiyanın Bakı ilə ziddiyyətlərin artması fonunda daha sərt mövqe sərgiləməyə hazırlaşması ilə əlaqələndirirlər. 

ABŞ-da mühacirətdə yaşayan Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Səhər Kanalının Xəbərlər Proqramı ilə müsahibədə bildirdi ki, Abxaziya və Ukraynada separatizmə dəstək vermiş şəxsin sülhməramlılara komandan təyin edilməsi Bakı-Moskva arasında cərəyan edən ziddiyyətlərin təzahürüdür.  

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*