?>

Zərif: "Qərb ilə region barədə danışıqlar aparmırıq"

Zərif:

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Qərbə İranla danışıqlar prosesində iştirak etmək istədiklərini bildirən regiondakı bəzi dövlətlərə cavab verib.

ABNA24 Xəbər Verir, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif şəxsi "Twitter" hesabında İranın Fars körfəzi regionundakı qonşularına müraciətlə etdiyi paylaşımda deyib:

"Bəzi qonşu ölkələrin Qərbdən İranla danışıqlar prosesinin bir hissəsi olmasını istədikləri görünür".

"Biz region barədə Qərblə danışıqlar aparmırıq. Əsas problem də elə onların müdaxiləsidir", - deyə Zərif bildirib.  

Zərif, həmçinin qeyd edib ki, qonşularımızla hər zaman danışıqlara hazırıq. 1986-cı ildə "Regional təhlükəsizlik", 2016-cı ildə "Regional dialoq forumu" və 2019-cu ildə "Hörmüz Sülh Planı" bu məsələnin aydın göstəriciləridir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!