?>

Zərif Küveytin yeni əmiri ilə görüşüb

Zərif Küveytin yeni əmiri ilə görüşüb

İranın xarici işlər naziri Küveytə səfərdə bu ölkənin yeni əmiri ilə görüşüb.

ABNA24 Xəbər Verir, İranın xarici işlər naziri Küveytin əmiri Şeyx Səbah Ələhməd Əlcabir Əssəbahın vəfat etməsi münasibətilə İran İslam Respublikasının prezidenti Həsən Ruhani tərəfindən Küveytin xalqı və hökumətinin kədəri ilə bölüşmək məqsədilə həmin ölkəyə səfər edib.

Məhəmməd Cavad Zərif bu səfərdə Küveytin yeni əmiri Nəvaf Ələhməd Əlcabir Əssəbah, həmçinin bu ölkənin xarici işlər naziri Əhməd Nasir Əlmuhəmməd Əssəbah ilə görüşüb.

Zərif bu görüşdə İran İslam Respublikası prezidentinin başsağlığı müraciətini təqdim edərək, Küveytin yeni əmirinin təyin edilməsini təbrik edib. O, həmçinin İran İslam Respublikasının Küveytə dəstək verdiyini vurğulayıb.

Küveyt əmiri Şeyx Səbah Ələhməd Əlcabir Əssəbah çərşənbə axşamı günü 91 yaşında vəfat etdi.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!