?>

Zərif: İran Dəməşqin istəyi ilə Suriyada olacaq

Zərif: İran Dəməşqin istəyi ilə Suriyada olacaq

İran xarici işlər naziri deyib ki, Tehran və Moskva Suriya hökuməti və xalqının istədikləri zamanadək bu ölkədəki iştiraklarını qoruyub saxlayacaqlar.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü gecə Cenevrədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında qeyd edib ki, Rusiya və İran Suriya hökumətinin dəvəti ilə Suriyada iştirak edir.

Zərif amerikalı qüvvələrin Suriyadakı neft yataqlarını qorumaq bəhanəsi ilə bu ölkədə olmaları barədə kinayəli tərzdə söyləyib: Amerika prezidenti Donald Tramp heç olmasa, bu ölkənin hədəflərinə sadiqdir.

İranın xarici işlər naziri həmçinin Suriya əsas qanun komitəsinin yaradılmasının çətin bir prosesin başlanğıcı olduğunu söyləyib. Zərif bildirib ki, əsas qanun komitəsinə xarici müdaxilə və təzyiq edilməməli və bu komitə yalnız suriyalılara aid olmalı və onların tərəfindən idarə edilməlidir.

Rusiya xarici işlər naziri Sergey Lavrov da Suriya böhranının siyasi həllini vurğulayıb. O, deyib: Suriyanın yeni konstitusiya komitəsinin yaradılması bu ölkə xalqı üçün böyük bir qələbə və nailiyyətdir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Ankaranın Suriyanın ərazi bütövlüyü və suverenliyini qorumaq barədəki öhdəliyini vurğulayıb. Bildirib ki, suriyalı didərginlərin geri dönmələri olduqca önəmlidir.

Suriya əsas qanun komitəsinin ilk iclası bu gün  İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

........
340


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!