?>

Zəngənə: "Neft məhsullarının ixracı 4 dəfə artıbdır"

Zəngənə:

İranın neft naziri son yeddi ildə neft məhsullarının ixracının 4 dəfə artdığını bildirib.

ABNA24 Xəbər Verir, Bijən Zəngənə neft məhsullarının ötürülməsi üçün inşa edilən 1000 kilometirlik boru kəmərinin istifadəyə verilməsi mərasimində deyib: "Bu boru kəməri tamamilə İran konstruksiyasıdır və fəxrlə demək olar ki, Gore-Cask boru kəməri ən iranlı layihədir və onun bütün təchizatları yerli istehsaldır".

Zəngənə əlavə edib: "Səyimiz Gore-Cask layihəsinin yaxın bir ayadək qaynaq və boru çəkilişi işlərini tamamlamaqdır".

İranın neft naziri deyib:"Ölkədəki neft və neft məhsullarının boru kəmərləri şəbəkəsi 13 min kilometr uzunluğu ilə ölkə daxilində tələb olunan neft məhsullarının tədarükündə xüsusi əhəmiyyətə malikdir".

Zəngənə əlavə edib: "Boru kəmərləri mayelərin ötürülməsi üçün ən ucuz yoludur və onların inşası üçün ölkənin texnologiyası xeyli inkişaf edibdir".

O, əlavə edib: "Bu boru kəmərinin inşası ilə neft və neft məhsulları daşıyan minlərlə tanker ləğv ediləcək və qaçaqmalçılığın qarşısı alınacaq".

Gore-Cask boru kəməri İranın şimal bölgəsinə neft məhsulları tədarük etmək məqsədilə Tehrandan Təbriz, Mazandaran, Gilan və üç Xorasan vilayətinə çəkilibdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!