?>

Yüz amerikan qrup sionist rejimin cinayətlərini pisləyib

Amerikada yerləşən yüzdən çox nüfuzlu qrup bir bəyanatda sionist rejimin Qüdsün şərqində və Qəzzə zolağındakı zorakılıqlarını pisləyib.

ABNA24 Xəbər Verir, müxtəlif təşkilatlara, o sıradan irqi ədalət, fəhlə, din yönümlü və sülh tərəfdarı olan təşkilatlara şamil olan bu qruplar həmin bəyanatda Qüdsün şərqində yaşayan fələstinlilərlə həmrəylik ifadə ediblər.

Onlar Bayden hökumətindən sionist rejimin Şeyx Cərrah və Əlbutsanda 1550 fələstinlinin ev-eşiyindən didərgin salınması planlarını açıq şəkildə və dərhal pisləməsini istəyiblər.

Bəyanatda həmçinin Bayden hökumətindən istənilibdir ki, potensial hərbi cinayətlərin baş verməsinin qarşısını almaq üçün sionist rejimə maksimum diplomatik təzyiq göstərsin.

Sionist hərbçilərlə sionist qəsəbə sakinlərinin mübarək ramazan aynda Məsciduləqsada fələstinlilərə qarşı geniş miqyaslı zorakılıqlarını pisləyən bəyanatda, sionist rejimin polis zabitinin öz dizini bir fələstinli etirazçının boğazına dirəməsi də daxil olmaqla, Qüdsün şərqindəki hadisələrə işarə olunub.

Bəyanata imza atanlar bildiriblər ki, Bayden hökuməti beynəlxalq hüquqlara riayət edərək, bu şəraitin tələblərinə əsasən, sionist rejim hökumətinin hərbi hərəkətləri nəticəsində minlərlə fələstinlinin didərgin düşməsinin qarşısını almaq üçün addım atmalıdır.

BMT-nin bildirişinə əsasən, ötən bazar ertəsi günündən toqquşmaların başlanmasından bəri Qəzzədə azı 145 nəfər şəhid olubdur ki, onların təqribən qırx nəfəri uşaqdır.

İndiyədək bir çox ölkənin atəşkəs bərqərar etmək üzrə cəhdi sionist rejimin Qəzzəyə qarşı hərtərəfli hücuma israr etməsinin davam etməsilə uğursuz qalıbdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*