?>

Yunanıstan başqa ölkələrin təsiri altına düşməməlidir

Yunanıstan başqa ölkələrin təsiri altına düşməməlidir

Türkiyənin müdafiə naziri Yunanıstanla danışıqlara hazırlıq iddiası ilə deyib ki, Afina bəzi ölkələr tərəfindən təhrik olmaqla Ankaraya qarşı mövqe tutmamalıdır.

ABNA24 Xəbər Verir, Hulusi Akar vurğulayıb ki, bu ölkə yaxşı qonşuluq əlaqələri və beynəlxalq qanunlara riayətlə daima dinc həll yoluna inanıb. O, iddia edib ki, Ankara Afina ilə dialoqun tərəfdarıdır.

Yunanıstanın tədqiqat gəmisinin Türkiyənin qitə şelfini pozmaq istəyərkən ələ keçirildiyi son hadisəyə toxunan Akar Türkiyənin xəbərdarlıqlarına rəğmən, Yunanıstanın öz hərəkətləri və qanun pozuntularını davam etdirdiyini vurğulayıb. Bildirib ki, Türkiyə dialoqun və dinc həll yolunun tərəfdarı olsa da, bu ölkənin və Kiprin türkisakinli hissəsinin hüquqlarının pozulmasına icazə verməyəcək.

Akar həmçinin Yunanıstanın böyük silah alqıları ilə bağlı vurğulayıb ki, Afina bəzi ölkələr tərəfindən təhrik olmaqla Ankaraya qarşı mövqe tutmamalıdır, zira bu kimi addımlar Yunanıstanın xeyrinə olmayacaq.

Türkiyənin müdafiə naziri bu ölkənin heç vaxt heç bir tərəf üçün təhdid olmadığını, əksinə həmişə mötəbər, güclü və faydalı müttəfiq olduğunu iddia edib.

Şərqi Aralıq dənizində ən uzun kontinental sahil xəttinə malik olan Türkiyə, Yunanıstanın dəniz sərhədi iddialarını rədd edib. Vurğulayıbdır ki, həddindən artıq iddialar Türkiyənin və Kiprin türkisakinli hissəsinin suverenliyini pozur.

Türkiyə başçıları dəfələrlə iddia ediblər ki, Ankara dəniz ixtilafları daxil olmaqla bütün mühüm regional problemlərin beynəlxalq hüquq, səmimi qonşuluq münasibətləri və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

Türkiyənin müdafiə nazirliyi bazar ertəsi günü bildirdi ki, bu ölkənin dəniz qüvvələri Aralıq dənizində Türkiyənin dəniz zonasını pozduğuna görə, bir Yunanıstan-Kipr tədqiqat gəmisi ilə ciddi rəftar və onu bu bölgəni tərk etməyə məcbur edib.

Türkiyə müdafiə nazirliyi həmçinin bildirib ki, sentyabrın 29-da Yunanıstan və Kipr hökumətləri Malta bayrağı altında olan bir gəminin Türkiyənin qitə şelfində tədqiqat fəaliyyəti üçün NAVTEKS(NAVTEX) adlı naviqasiya siqnalı veriblər.

Bununla belə, Ankara öncədən Türkiyə ilə koordinasiyanın yaradılmadığı üçün gəmi sahibi olan şirkətin yerləşdiyi ölkələr olan Malta və İtaliya ilə diplomatik kanallar vasitəsi ilə əlaqə saxlayıb.

Türkiyə habelə fəaliyyətlərin əlaqələndirilməsinin lazım olduğunu dənizçilərə bildirmək üçün oktyabrın birində NAVTEKS xəbərdarlıqları da veribdir.

Türkiyənin son səylərinə rəğmən, Yunanıstan-Kipr tədqiqat gəmisi bazar günü səhər saatlarında Türkiyənin qitə şelfini pozmağa çalışıb.

Amma “Aralıq Dənizi Qalxanı” əməliyyatı çərçivəsində bölgədə kəşfiyyat və nəzarət fəaliyyətləri aparan Türkiyənin dəniz qüvvələrinin gəmisi bu gəmiyə xəbərdarlıq edib. Onun ardınca bu Yunanıstan-Kipr gəmisi Türkiyənin qitə şelfini tərk edibdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*