?>
Qarabağ İslam Torpağıdır

Yorğun halları ilə İmam Hüseyn və balalarına mərsiyə oxuyan hərbiçilər – Video

Qırxdörd günlük müharibə öncəsi və müharibə zamanı xarici və daxili düşmənlərin əl-ələ verib İslamın və Şiəliyin əleyhinə kütləvi sürətdə, genişmiqyaslı təbliğatlar aparmalarına baxmayaraq, Allah Təalanın iradəsi ilə şanlı Azərbaycan xalqı düşmənlərin bütün mənfur planlarını və gecə-gündüz bilmədən apardıqları şeytani təbliğatlarını puça çevirdi...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İslam Torpaqlarının ayrılmaz güşəsi olan Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal olunmuş ərazilərinin geri qaytarılması məqsədilə başladılan İkinci Qarabağ müharibəsi, Azərbaycan xalqının mənliyini və qeyrətini sübut edən meydanlardan biri idi. Azərbaycan Xalqının öz dini dəyərərinə , məzhəbi inanclarına, varlıq aləminin Yaradıcısı olan Allah Təalaya, Onun göndərdiyi İslam Dininə, öz milli və İlahi Dəyərlərinə sadiq qalan və onları isbatlayıb, möhkəmlədən bir müharibə idi...

Qırxdörd günlük müharibə öncəsi və müharibə zamanı xarici və daxili düşmənlərin əl-ələ verib İslamın və Şiəliyin əleyhinə kütləvi sürətdə, genişmiqyaslı təbliğatlar aparmalarına baxmayaraq, Allah Təalanın iradəsi ilə şanlı Azərbaycan xalqı düşmənlərin bütün mənfur planlarını və gecə-gündüz bilmədən apardıqları şeytani təbliğatlarını puça çevirdi...

Belə ki, azğın düşmən qüvvələri çirkin istədiklərinə nail ola bilmədilər. Şanlı Azərbaycan Xalqının igid və qeyrətli oğulları “Allahu Əkbər!”, “Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” kimi şüarlar ilə düşmən üzərinə şığıyıb torpaqları azad etdilər. Hər bir qarış torpaqları düşmənin işğalından azad edən hərbiçilər orada Azan verir, namazlar qılır və oruclar tutur, xalqımıza və vətənimizə dualar edirdilər...

Qırxdörd günnülük müharibədə qazanılan nisbi zəfər həqiqətən də Allah Təalanın bu xalqa olan sonsuz lütfü idi. Salih babaların duaları və xələf övladlarının oyaqlıq və şücaətləri səbəb oldu ki, işğal altında olan əraziləri təpədən dırnağa kimi silahlanan erməni qüvvələrindən geri alsınlar. Bu onu göstərir ki, Azərbaycan xalqının öz torpaqlarını düşməndən qorumağa qüdrəti çatır. Bunu Azərbaycanın Hüseynçi hərbiçiləri 44 günlük müharibədə bir daha sübut etdilər!...

Aşağıda müşahidə edəcəyiniz videoda da şanlı Azərbaycan xalqının Hüseynçiləri Ermənistan işğalçı qüvvələrinin 27 il murdar əllərində işğalda olan Fizuli, Cəbrayıl, Qubadlı və s. şəhər və rayonları azad edənlərdir. Döyüşdən sonra ələ keçirtdikləri düşmənin mövqelərində arğın və yorğun halda dairə quraraq İmam Hüseynə (əleyhi səlam) və o, həzrətin balalarının məzlumiyyətlərinə mərsiyələr oxuyurlar...

Həqiqətən də Azərbaycan Xalqı zühur dönəmində İmam Zaman (Allah Təala Onun şərəfli gəlişini tezləşdirsin) həzrətlərinə yardıma tələsənlərdən olacaqlar!

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*