?>
Avropa Xəbərləri - Almaniya

Yezidi qızını ölümünə qədər susuz və ac saxladığı üçün İŞİD üzvü olan alman qadının məhkəməsi

Yezidi qızını ölümünə qədər susuz və ac saxladığı üçün İŞİD üzvü olan alman qadının məhkəməsi

Alman prokurorları iddianamədə bildiriblər ki, alman qadın İŞİD qruplaşmasının üzvü olan əri Taha əl-Camali ilə birlikdə 2015-ci ildə Mosul şəhərində qul kimi bir qadın və yezidi yeniyetmə alıb və yezidi qıza işgəncə vermək üçün tam icazə verib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İŞİD terror qruplaşmasının keçmiş üzvü, 30 yaşlı alman qadın Cennifer Veniş yezidi qızı susuz və ac saxladığı üçün 10 il həbs cəzasına məhkum edilib. Bu yezidi qız susuzluq və aclıqdan həyatını itirib.

Münhen cinayət məhkəməsi oktyabrın 25-də səhər saatlarında bu barədə qərar çıxarıb.

Alman prokurorları iddianamədə bildiriblər ki, alman qadın İŞİD qruplaşmasının üzvü olan əri Taha əl-Camali ilə birlikdə 2015-ci ildə Mosul şəhərində qul kimi bir qadın və yezidi yeniyetmə alıb və yezidi qıza işgəncə vermək üçün tam icazə verib.

Əl-Camali həmçinin Frankfurtda İŞİD-ə üzvlük və hərbi cinayətlərdə iştirak ittihamı ilə ayrıca mühakimə olunur.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*