?>
Amerika Qitəsi Xəbərləri - ABŞ

Yens Stoltenberq: “NATO Rusiyaya güzəştə getməyəcək”

Yens Stoltenberq: “NATO Rusiyaya güzəştə getməyəcək”

“...Hər bir ölkənin öz yolunu seçmək və NATO-nun hərbi alyansına daxil olub-olmamaq barədə qərar vermək hüququ var”.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, “NATO hərbi təşkilat olaraq genişlənmək və şərqdə qoşun yerləşdirmək məsələsində güzəştə getməyəcək”.

Bu açıqlama ilə işğalçı Alyansın Baş katibi Yens Stoltenberq çıxış edib.

TASS xəbər agentliyinin bildirdiyinə görə, Yens Stoltenberq fikrini belə tamamlayıb: “Biz indi Avropanın təhlükəsizliyi baxımından kritik məqama daxil olmuşuq və Rusiyaya heç bir güzəştə getməyəcəyimiz barədə müttəfiqlərin yekdil mövqeyini təqdim etməliyik.

Hər bir ölkənin öz yolunu seçmək və NATO-nun hərbi alyansına daxil olub-olmamaq barədə qərar vermək hüququ var”.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*