?>

Yeni superqəhrəmanı “müsəlman” olan “Marvel”in liberal İslam təbliği

Yeni superqəhrəmanı “müsəlman” olan “Marvel”in liberal İslam təbliği

“Misis Marvel” filmdən əsas məqsəd liberalaşdırılmış və pozitiv İslamın tamaşaçılara aşılanmasıdır.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, çürük liberal dəyərlərin kinomatoqrafiya vasitəsi ilə əsas təbliğatçısı olan, fantastik filmlərilə satanizmi şüuraltı insanlara sevdirən “Marvel” kinostudiyası yeni serialında bir başa İslamı hədəfə alıb.

Belə ki, “Misis Marvel” adlı ekran əsərinin qəhrəmanı Nyu-Cersidə yaşayan 16 yaşlı pakistan mənşəli amerikalı Kamala Xandır.

O, yeni məktəbinə və ətraf mühitə uyğunlaşmağa can atdığı bir zamanda yaxınlığındakı bomba partlayışı nəticəsində fövqəl gücə sahib olur.

Baş rolu İman Vəllaninin canlandırdığı, Adil əl-Ərbi və Bilal Fəllah tərəfindən ərsəyə gətirilən serial altı bölümdən ibarətdir.

“Misis Marvel” filmdən əsas məqsəd liberalaşdırılmış və pozitiv İslamın tamaşaçılara aşılanmasıdır.

Onun nümayişinə iyunun 8-dən etibarən “Disney Plus” platformasında başlanacaq.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*