?>

Yeni ilin ilk həftəsi rekord sayda yoluxma ilə yadda qaldı

Yeni ilin ilk həftəsi rekord sayda yoluxma ilə yadda qaldı

Koronavirusun omicron şıtammının geniş yayılması ilə İngiltərədə koronavirus xəstəliklərinin sayı rekord həddə çatıb.

ABNA24 Xəbər Verir, İngiltərədə koronavirusun sürprizləri davam edir. Bu ölkə Yeni ilin ilk həftəsinə təxminən bir milyon yeddi yüz min yeni yoluxma hadisəsi ilə başlayıb.

M.M: Yeni mutasiyalı ştammın əvvəlki variantlara nisbətən daha yüngül simptomlara malik olduğu bildirildi. Digər tərəfdən koronavirus peyvəndinin hər üç dozasını alanların sayı da keçmişdəkinə nisbətən artıbdır. İctimai rəyin hələ də tutarlı cavab ala bilmədiyi sual budur ki, belə bir şəraitə rəğmən nə üçün yoluxanların və qurbanların sayı artır. buna hakimiyyət orqanları və pandemiyanı idarə edənlər cavab verməlidirlər.

Keçən həftə ilə müqayisədə yoluxma hallarının 30 faizdən çox artmasına baxmayaraq, iqtisadiyyatı ümumölkə karantinlərdən zədələnmiş hökumət koronavirus peyvəndinin üçüncü dozası ilə pandemiyaya nəzarət strategiyasının vacibliyini vurğulayır və məhdudiyyətləri artırmaq üçün karantin çağırışlarını rədd edir. 

Tibb tələbələrinin işə götürülməsinə, hərbçilərin və ordu həkimlərinin xəstəxanalara göndərilməsinə baxmayaraq, İngiltərənin müxtəlif yerlərində getdikcə daha çox xəstəxana, xəstələrin artması və tibb işçilərinin çatışmazlığı səbəbindən fövqəladə vəziyyət elan edir.

Təxminən 67 milyon əhalisi olan İngiltərə koronavirus qurbanlarının sayına görə, pandemiya dönəmində ən çox itki verən dünyanın yeddinci ölkəsidir və bu ölkədə qurbanların sayı 173 min nəfərdən çoxdur.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*