?>

YAP-çı millət vəkili prezidentin müdafiəsinə qalxdı

YAP-çı millət vəkili prezidentin müdafiəsinə qalxdı

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında işsizliyin səviyyəsi barədə dedikləri ekspertləri qane etməyib.

ABNA24 Xəbər Verir, hakim Yeni Azərbaycan Partiyasından deputat Aydın Mirzəzadə Pravda.az-a açıqlamasında ölkə başçısının elan etdiyi rəqəmin həqiqətə uyğun olduğunu bildirib.

 “Azərbaycanda işsizlik faizi ötən illərlə müqayisədə kəskin enib, göstərici 49 faizdən 6 faizə qədər dəyişib. Əlbəttə ki, həmin 6 faizə aid olan işsiz vətəndaşların vəziyyəti başa düşüləndir”-, deyə Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb.

A.Mirzəzadə, həmçinin qeyd edib ki, işsizlik faizinin real olmadığını deyənlər bunu sübut etmək üçün konkret yoxlama mexanizmi ortaya qoymalı, fakt göstərməlidirlər.

Faktı iqtisadçı ekspert Qubad İbadoğlu ortaya qoyub. Ekspert Facebook səhifəsindəki yazısında bildirib: “İşsizliklə bağlı hesablamalara görə, 2020-ci il üçün işsizlik faizi rəsmi göstərildiyi kimi 4.86 faiz deyil, ən azı 16.51 faiz və ya 857 min nəfərdir.  Rəsmi statistika 2020-ci ildə onlardan 376 min nəfərini işsiz kimi qeydə alıb ki, bu da 2019-cu illə müqayisədə 125 min nəfər və ya 50 faiz çoxdur. Beləlikıə də Azərbaycanda işsizlik səviyyəsi 2003-cü ildən sonra ən yüksək həddə çatıbdır.”

İqtisadçı Natiq Cəfərli isə deyib: “Koronavirus pandemiyası vaxtı dövlətdən işsiz kimi yardım alan 600 min nəfər beynəlxalq təşkilatlara müvəqqəti iş yerini itirmiş insanlar kimi göstərilir. Əslində 1.6 milyon insanın işsiz olduğunu söyləmək mümkündür.

N.Cəfərli qeyd edib ki, Azərbaycanda 5.8 milyona yaxın əməkqabiliyyətli insan var: "Onlardan rəsmi müqavilə ilə çalışanların sayı 1.6 milyondur. Yerdə 4.2 milyon insan qalır. Azərbaycan hökuməti deyir ki, onlardan 1.5 milyon nəfər fermerdir. Yəni, hökumət adına kiçik torpaq sahəsi olanları artıq işsiz saymır".

O vurğulayıb ki, təqribən 600 min insan da fərdi sahibkarlıqla məşğuldur: "Belə olan halda, yerdə qalan 2.6 milyon əməkqabiliyyətli insanın işsiz olduğu görünür. Amma bizdə rəsmiləşdirilməyən iş yerləri var və orada, müxtəlif hesablamalara görə, 1 milyon insan çalışır. Bunları da nəzərə alsaq, Azərbaycanda 1.6 milyon insanın işsiz olduğunu söyləmək mümkündür".

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*