?>
Qarabağ İslam Torpağıdır

Ya Sahibə Zaman! Ya Əbülfəz! deyərək erməni mövqelərini top atəşinə tutan Azərbaycan Ordusu – Video

Osmanlı imperatoluğunun Oktyabr İnqilabının banisi Vladimir İliç Lenin ilə sövdələşməsi nəticəsində Bakı başda olmaqla bütöv Qafqaz Rusiya Sosialist Respublikasına təhvil verildi. Bu xəyanətin dalınca Azərbaycan başda olmaqla Qafqaza “kominist qardaşları” adı ilə hakim kəsilən xristian (rus, erməni, gürcü) və yəhudi gücləri Müsəlmanları siyasi, iqtisadi və elmi səhnədən çıxarıb, Qafqaz bölgəsini yerli Müsəlman xalqların əlindən almağa başladılar. Beləliklə də fəlakətlər daha da gücləndi, bədbəxtçiliklər artdı...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Qarabağ müharibəsində Din faktoru danılmaz idi. Ermənilər üçün bu səlib yürüşü sayılırdısa Azərbaycanlılar üçün isə bu İslam ərazilərinin və hüdudlarının qorunması uğrunda həyata keçirilən bir Cihad sayılırdı. Ümumiyyətlə ermənilərin Şiə Azərbaycan xalqına qarşı başlatdığı müharibənin tarixinə nəzər saldıqda görərik ki, bu müharibə tarixdə Erməni- Müsəlman savaşı kimi qeydə alınıb. 1905-1906-cı illərdə baş vermiş və "erməni-müsəlman davası" adı alan qırğınlar barədə M.S.Ordubadinin (1872-1950) "Qanlı sənələr" (Qanlı illər) adlı oçerklər küllisində ətraflı məlumat verilmişdir...

Ermənilər bu müharibəni səlib yürüşü bilir, Azərbaycan tərəfi isə, bu müharibəni İmam Hüseyn (əleyhi səlam) yolunda, Allah Təala uğrunda özünü müdafiə cihadı hesab edirdilər...

Hələ 1906-cı il avqust ayı Şuşada Əhməd bəyin təşəbbüsü ilə Difai (Müdafiə) partiyası yaradıldı; partiya müsəlmanların xilasını iki vasitədən - maarifçilik və gücdən istifadədə görürdü. Partiyanın proqram sənədində Daşnaksütyuna işarə ilə qeyd edilmişdi ki, "biz ermənilərin bizim millətin xarabalıqları və külü üzərində öz rifahını qurmasına heç vaxt razı olmarıq". Bu partiya əslində, əsas günahı rus idarəçiliyində görürdü. Bu barədə öz açıqlamalrında kətbi sürətdə qeyd edən Əhməd bəy belə vurğulayır: "Müsəlmanlar və ermənilər unutmasınlar ki, rusların Qafqazda görünməsindən əvvəl onlar əsrlərlə dostcasına və xoş qonşuluq şəraitində yaşamışlar və onların qarşılıqlı münasibəti tarixində indiki hadisələrə bənzər heç nə olmayıb"...

Tarix təkrarlandı. Çar Rusiyasının devrilməsindən sonra Osmanlı imperatoluğunun Oktyabr İnqilabının banisi Vladimir İliç Lenin ilə sövdələşməsi nəticəsində Bakı başda olmaqla bütöv Qafqaz Rusiya Sosialist Respublikasına təhvil verildi. Bu xəyanətin dalınca Azərbaycan başda olmaqla Qafqaza “kominist qardaşları” adı ilə hakim kəsilən xristian (rus, erməni, gürcü) və yəhudi gücləri Müsəlmanları siyasi, iqtisadi və elmi səhnədən çıxarıb, Qafqaz bölgəsini yerli Müsəlman xalqların əlindən almağa başladılar. Beləliklə də fəlakətlər daha da gücləndi, bədbəxtçiliklər artdı...

SSRİ dönəminin əvvəlində olduğu kimi son illərində də ermənilər Şiə Azərbaycan xalqına ərazi iddiaları ilə qiyam edib, İslam torpaqlarına göz dikdilər. Nəticədə 1992-ci ildən etibarən Azərbaycan Respublikasının 20% torpaqları böyük xəyanətlər nəticəsində erməni düşmənlərinin işğalına keçdi...

2020-ci ilin 27 Sentyabr ayından başlayaraq 44 gün davam edən İkinci Qarabağ müharibəsində də bir çox daxili və xarici düşmən qüvvələri bu müharibəyə türkçülük donu geyindirməyə çalışaraq, bu müharibənin zahirdə dinlə bağlılığını tam inkar etməyə çalışdılar. Lakin onların bütün səylərinə baxmayaraq Allah Təala düşmənərin planlarını puç etdi. Azərbaycan xalqı döyüşlərə “Ya Sahib Zaman!”, “Ya Əbülfəz!”, “Ya Hüseyn!”, “Allahu Əkbər!”, “Ləbbəykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah ! Muhəmməd! Ya Əli!”, “Ya Əli Kimdir Axı erməni!”, “Ya Əli! Ancaq İrəli!” kimi dini şüarlarla nərə çəkərək, düşmən qüvvəsinin qəlbinə xof və qorxu saldılar. Azərbaycan igidləri bu müharibəni müqəddəsləşdirdilər. Allah Təala da böyük Zəfəri Azərbaycan xalqına bəxş etdi.

Müşahidə edəcəyiniz videoda Əhli Beyt (əleyhimus səlam) Diyarı olan Azərbaycanın Hüseynçi igidləri Ya Sahib Zaman! Ya Əbülfəz! deyərək Ermənistan silahlı qüvvələrinin bölmələrinin yerləşdiyi əraziləri ağır artilleriya sistemlərdən atəşə tuturlar. Onlar, top mərmilərinin üzərində “Ya Sahib Zəman!” və “Ya Hüseyn!” nidalarını yazaraq erməni mövqelərini darmadağın edirlər...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*