?>
Qarabağ İslam Torpağıdır

Ya Əli!!! İkinci Qarabağ Müharibəsində qələbə çalan Allah, Peyğəmbər və İmam Hüseyn Ordusu – Video

Allah Ordusu, Peyğəmbər Ordusu və İmam Hüseyn Ordusu sıralarında dayanan Azərbaycanın əsgər və zabitləri döyüşlərdə “Allahu Əkbər!”, “Ya Əli! Kimdir Axı Erməni!”, “Ya Əli Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Heyhat Minnə Zillə!” və s. dini şüarlar səsləndirmələri, vaxtında namazlarını qılıb Allah Təalaya ibadət etmələri və işğaldan azad etdikləri ərazilərdə ilk gördükəlri iş Azan vermələri ilə bu müharibənin qalibi oldular...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, düşmən qüvvələrinin mütəmadi qanun pozğunçuluğuna və 28 illik işğal etdiyi ərazilərin hərbi yolla geri almaq məqsədi ilə Azərbaycan Respublikası 27 Sentyabr 2020 tarixdə Öz əzmkarlığını nümayiş etdirərək, əks hücuma keçdi. Və Azərbaycan Respublikasının hərbiçiləri başlanan bu İkinci Qarabağ Müharibəsini Allah Təalaya etdikləri ibadətləri, Peyğəmbər (səlləllahu əleyhi və alih) həzrətləri və Əhli Beytə (əleyhimus səlam) olan itaətkarlıqları ilə müqəddəsləşdirməyi bacardılar.

1990-cı ilin ortalarından başlayaraq bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında da Xalqın mənliyini, dəyər və mahiyyətini overton pəncərəsi adlı konsepsiya ilə 180 dərəcə dəyişdirməyə cəhd edən ateist, deist, iqnoistlər, manıslar və s. mənfur ünsürlərdən fərqli olaraq Azərbaycan Xalqının daxilindən qaynaqlanan kərbalayılar, məşhədilər və hacılar İkinci Qarabağ Müharibəsində silahlanaraq vətənin keşiyində durmağı və işğal olunmuş ərazilərimizi erməni düşmən qüvvələrinin caynağlarından azad etməyi özlərinə şərəf bildilər.

Həqiqətən də vətənə olan həqiqi eşq Quran və Əhli-beytə (əleyhimus səlam) olan bağlılıqdan və eşqdən yaranır...

Allah Ordusu, Peyğəmbər Ordusu və İmam Hüseyn Ordusu sıralarında dayanan Azərbaycanın əsgər və zabitləri döyüşlərdə “Allahu Əkbər!”, “Ya Əli! Kimdir Axı Erməni!”, “Ya Əli Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Heyhat Minnə Zillə!” və s. dini şüarlar səsləndirmələri, vaxtında namazlarını qılıb Allah Təalaya ibadət etmələri və işğaldan azad etdikləri ərazilərdə ilk gördükəlri iş Azan vermələri ilə bu müharibənin qalibi oldular...

Həzrət Mühəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurub: “Vaxtında qılınan namaz göyə ucalar və onun elə bir parlaq nuru olar ki, göylərin qapıları onun üzünə açılar və Allahın dərgahına daxil olar. O zaman öz sahibinə dua eder və deyər: Sen əvvəl vaxtında məni qoruduğun kimi, Allah da səni qorusun.

Əgər namaz əvvəl vaxtında qılınmasa və ayrı vaxtda qılınsa, üzü qara göyə ucalar və göylərin qapıları onun üzünə bağlanar. Höhnə və əzilmi bir parça kimi sahibinin üzünə vurular və belə deyər: Allah səni zay etsin, necə ki, məni əvvəl vaxtında zay etdin”.

Həqiqətən də Azərbaycan əsgər və zabitlərini onların qıldıqarı namaz və tutduqları oruclar onlara qeybi yardımların nazil olmasını təmin edirdi...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*