?>
Qərbi Asiya Xəbərləri – Yəmən

Yəmənin Şəbva vilayətində 120 Səudiyyə muzdlusu gəbərdilib və yaralanıb

Yəmənin Şəbva vilayətində 120 Səudiyyə muzdlusu gəbərdilib və yaralanıb

Generalı Yəhya Sari: “...Şəbva əyalətinin Eyn bölgəsində keçirilən əməliyyat zamanı 120-dən çox muzdlu öldürülüb və yaralanıb, üçdən çox hərbi maşın məhv edilib.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sari Səudiyyə təcavüz koalisiyasına bağlı muzdluların Şəbva vilayətində hücumlarının dəf edildiyini bildirib.

O bildirib ki, Yəmən silahlı qüvvələri Allaha şükürlər olsun ki, son 24 saat ərzində sıx hava örtüyü ilə baş verən təcavüzkarların irəliləməsini dəf edə bilib. Şəbva əyalətinin Eyn bölgəsində keçirilən əməliyyat zamanı 120-dən çox muzdlu öldürülüb və yaralanıb, üçdən çox hərbi maşın məhv edilib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmçinin deyib: Yəmən ordusu və xalq komitələri Şəbvada muzdluların mövqelərinə 4 ballistik raket zərbəsi endirib və onların əyalətdəki hücumlarını zərərsizləşdiriblər.

Sarinin sözlərinə görə, hücumda Səudiyyə muzdlularının 12 zirehli maşını da məhv edilib.

Yəmən silahlı qüvvələri, çərşənbə günü (yanvarın 18-də) sıx hava örtüyünə baxmayaraq, İŞİD ünsürləri və BƏƏ-yə bağlı muzdluların Marbin Harib və Ain bölgələrində genişmiqyaslı irəliləyişinin qarşısını alıblar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*